Montenerqronun “Arsenal” (Tivat) klubu 10 illik avrokuboklardan kənarlaşdırılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Səbəb isə klubun danışılmış oyunlarda iştirak etməsidir.
Belə ki, “Arsenal” 2023/2024-cü illər mövsümündə Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Ermənistanın “Alaşkert” klubu ilə matçlarda oyun alqı-satqısında iştirak edib. Monteneqrolular səfərdə 1:1-lik heç-heçə etsə də, cavab matçında 1:6 hesabı ilə uduzub.
Tivat təmsilçisi 500 min avro cərimə də ödəyəcək.
Arsenal Tivat klubu UEFA tərəfindən 10 mövsümlük avrokuboklardan uzaqlaşdırma cəzası aldı.
"Cebheinfo.az"