AZ

Qırğızıstan və Özbəkistan arasında milli ödəniş sistemləri üzrə birbaşa pul köçürmələri başlayıb

Qırğızıstan və Özbəkistan ilk dəfə olaraq milli ödəniş sistemləri olan Elkart və UZCARD arasında birbaşa pul köçürmələrini istifadəyə verib.

Operativ Media xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Əvvəllər iki ölkə arasında vəsait köçürmələri əsasən Qərb mənşəli beynəlxalq ödəniş xidmətləri vasitəsilə həyata keçirilirdi.

Yeni sistemin ilk mərhələsində Qırğızıstan və Özbəkistan vətəndaşları kartlararası birbaşa köçürmə funksiyasından yararlana biləcəklər. Növbəti mərhələdə UZCARD kartlarının Qırğızıstan bankomatlarında, Elkart kartlarının isə Özbəkistan bankomatlarında qəbul olunması nəzərdə tutulur.

Seçilən
68
50
operativmedia.az

10Mənbələr