Almaniyada gömrükçülər şokoladlı tort olması nəzərdə tutulan qutuların içində gizlədilmiş təxminən 1500 tarantul aşkarlayıb...
Poliqon xəbər verir ki, nu barədə The Washington Post məlumat yayıb.
Belə bir bağlama Vyetnamdan Almaniyanın qərbindəki Şimali Reyn-Vestfaliya əyalətinə göndərilmək üçün nəzərdə tutulub. Zəhərli hörümçəklər kiçik plastik konteynerlərə yerləşdirilib, daha sonra isə onlar parlaq qırmızı tort qutularına doldurulub.
Köln-Bonn hava limanının nümayəndələrinin dediyinə görə, bağlamalardan birini açarkən, elan edilən məzmuna uyğun gəlməyən "aydın qoxu" hiss edilib.
Xüsusilə, Köln Baş Gömrük İdarəsinin sözçüsü Maya Ley vurğulayıb ki, kontraband tarantulların əksəriyyəti tapıldıqları zaman canlı olub: "Ən şokedici olan budur ki, insanlar heyvanların rifahı hesabına mənfəət əldə etməyə çalışır. Çox sayda heyvanın sağ qalmaması çox kədərlidir".
Eyni zamanda o, neçə tarantulun öldüyünü dəqiq deyə bilməyib. Onun sözlərinə görə, bağlamanı göndərən şəxs təxminən üç həftə əvvəl tapılıb və hazırda ona şübhə altında olduğu bildirilib.
Gömrük idarəsinin press-relizində deyilir: "Bəzi hörümçəkkimilərin ölməsi faktı Almaniyanın heyvan mühafizəsi normalarını pozur".
Bundan əlavə, Zauerland bölgəsində bağlamanı alan şəxsə qarşı da cinayət işi aparılır.
Köln Baş Gömrük İdarəsinin başqa bir nümayəndəsi Yens Aland qeyd edib: "Hava limanındakı həmkarlarım dünyanın hər yerindən gələn qadağan edilmiş bağlamaların məzmunu qarşısında müntəzəm olaraq təəccüblənirlər, lakin bu bağlamada təxminən 1500 kiçik plastik konteynerdə gənc tarantulaların tapılması ən təcrübəlilərini belə heyrətə saldı. Bu, Alman gömrüyü üçün fövqəladə bir tutumdur".
Poliqon.info