AZ

Monteneqro klubu Ermənistan təmsilçisi ilə oyuna görə 10 il avrokuboklardan uzaqlaşdırıldı

Monteneqronunb"Arsenal Tivat" klubunun 2023-cü ilin iyulunda UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsində Ermənistan təmsilçisi "Alaşkert"ə qarşı oynadığı matçlarda danışılmış oyunlarda iştirak etdiyi aşkarlanıb və 10 il avrokuboklardan uzaqlaşdırılıb.

Operativ Media xəbər verir ki, bu haqda UEFA-nın mətbuat xidməti məlumat yayıb.

“Arsenal Tivat”ın müdafiəçisi Nikola Çelebiç və idman direktoru Ranko Krqoviç eyni səbəbdən ömürlük cəzalandırılıb.

Komandanın oyunçuları Çetko Manojloviç, Duşan Puletiç və Radule Zivkoviçin hər biri 10 il müddətinə futboldan uzaqlaşdırılıb.

Kluba 500 min avro cərimə də kəsən UEFA, 2034-2035-ci il mövsümünün sonuna qədər davam edəcək qadağanın uzadılması üçün FİFA-ya müraciət edəcək.

Sözügedən penalti ilə nəticələnən 2023-2024 mövsümündə UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında səfərdə "Alaşkert"lə 1-1 bərabərə qalan "Arsenal Tivat" öz meydanında cavab matçında rəqibinə 6-1 hesabı ilə uduzub.

Seçilən
42
operativmedia.az

1Mənbələr