AZ

TuranBank zəmanət tranzaksiyasını Asiya İnkişaf Bankı ilə reallaşdırmağa başlayıb

Bakı. Trend:

Beynəlxalq maliyyə bazarlarında yüksək nüfuza malik,Azərbaycanın maliyyə sektoru üzrə lider banklardan biri olanTuranBank beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələriniuğurla davam etdirir.

Belə ki, Bank bu uğurlu əməkdaşlıqların davamı olaraq Asiyaİnkişaf Bankının Ticarət və Təchizat Zəncirinin MaliyyəProqramından (TSCFP) yararlanmağa başlayıb. Sözügedən zəmanətmexanizmi idxal-ixrac əməliyyatlarının, eyni zamanda Azərbaycandabiznes mühitinin, xüsusilə də qeyri-neft sektorunun maliyyəresusrlarına çıxış imkanlarının genişləndirilməsini hədəfləyir.Qeyd edək ki, ayrılan maliyyə resursu mövcud bazar boşluqlarınınaradan qaldırılması, eləcə də, ölkə iqtisadiyyatınıngücləndirilməsi və şaxələndirilməsi istiqamətində dahagenişmiqyaslı təşəbbüslərin dəstəklənməsinə xidmət edir.

Bu əməkdaşlıq Asiya İnkişaf Bankının strateji hədəflərinə uyğunolaraq regional inteqrasiyanın təşviqinə, özəl sektorun inkişafınavə davamlı iqtisadi artıma töhfə verir. Məlumat üçün bildiririk ki,2024-cü il ərzində Asiya İnkişaf Bankının Ticarət və TəchizatZəncirinin Maliyyə Proqramı 45 ölkədə 200-dən artıq tərəfdaş banklaəməkdaşlıq edərək, ümumi dəyəri 5,8 milyard ABŞ dolları olan27,600-dən çox əməliyyatı dəstəkləyib.

Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satışnöqtəsilə TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həmkeyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmlimövqeyə sahib olmuşdur. Bank Azərbaycanın maliyyə sektorundastabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardanbiridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflıməlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ınrəsmi vebsəhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.)səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır...

Məqalədə:
Seçilən
39
11
az.trend.az

10Mənbələr