Beynəlxalq maliyyə bazarlarında yüksək nüfuza malik, Azərbaycanın maliyyə sektoru üzrə lider banklardan biri olan "TuranBank" ASC beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Bank bu uğurlu əməkdaşlıqların davamı olaraq Asiya İnkişaf Bankının (ADB) Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramından (TSCFP) yararlanmağa başlayıb.
Sözügedən zəmanət mexanizmi idxal-ixrac əməliyyatlarının, eyni zamanda Azərbaycanda biznes mühitinin, xüsusilə qeyri-neft sektorunun maliyyə resusrlarına çıxış imkanlarının genişləndirilməsini hədəfləyir. Qeyd edək ki, ayrılan maliyyə resursu mövcud bazar boşluqlarının aradan qaldırılması, eləcə də, ölkə iqtisadiyyatının gücləndirilməsi və şaxələndirilməsi istiqamətində daha genişmiqyaslı təşəbbüslərin dəstəklənməsinə xidmət edir.
Bu əməkdaşlıq ADB-nin strateji hədəflərinə uyğun olaraq regional inteqrasiyanın təşviqinə, özəl sektorun inkişafına və davamlı iqtisadi artıma töhfə verir. Ötən il ADB-nin Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramı 45 ölkədə 200-dən artıq tərəfdaş bankla əməkdaşlıq edərək, ümumi dəyəri 5,8 milyard ABŞ dolları olan 27 600-dən çox əməliyyatı dəstəkləyib.
Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə "TuranBank" daim inkişaf yolu tutub, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olub. Bank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, "TuranBank"ın rəsmi
"TuranBank"
Bizimlə etibarlıdır ...