AZ

Bakı Dövlət Universitetinin böyük laborantı vəfat etdi — FOTO

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, fakültənin Psixologiya kafedrasının Eksperimental psixologiya elmi-tədqiqat laboratoriyasının (ETL) böyük laborantı Səbinə Salmanova dünyasını dəyişib.

Qeyd edək ki, Səbinə Salmanova 1975-ci il martın 9-da Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində anadan olub. 1997-ci ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. 2000-ci ildən Eksperimental psixologiya ETL-də böyük laborant işləyib. 2011-ci ildən Psixologiya kafedrasının "Ümumi psixologiya" ixtisası üzrə doktorantı, 2023-cü ildən saathesabı müəllimi olub.

Seçilən
51
17
demokrat.az

10Mənbələr