AZ

Ronaldo uğurları sıraladı

style='margin-bottom:10px;'>

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib.

QOL.az xəbər verir ki, bu barədə Səduiyyə Ərəbistanı çempionatının sosial şəbəkə hesablarında məlumat yayılıb.

40 yaşlı forvard azarkeşlər tərəfindən mövsümün ən yaxşısı adına layiq görülüb.

Mövsüm ərzində Ronaldo 15 dəfə matçın ən yaxşı oyunçusu seçilib. O, Səudiyyə Ərəbistanı Pro Liqasında 30 oyun keçirib, 25 qol vurub və bununla da turnirin bombardiri olub.

Həmçinin əlavə, onun çempionatın 27-ci turunun "Ər-Riyad"la görüşündə (2:1) cərimə zərbəsindən vurduğu qol da  2024/2025 mövsümünün ən yaxşı qolu kimi tanınıb. Beləliklə, Ronaldo mövsümdə üç fərdi mükafat qazanıb.

Seçilən
93
2
teleqraf.com

9Mənbələr