AZ

Medvedev Rusiyanın Ukrayna ilə bağlı planını açıqladı Üç “D”-yə biri də əlavə edilməlidir

“Müasir Ukraynanın təkcə demilitarizasiya və denazifikasiyaya deyil, həm də dezinfeksiyaya ehtiyacı var.

Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev TASS-a bildirib.

Medvedev deyib ki, Ukraynanın sakinləri müstəqil yaşamağı və öz hərəkətlərinə cavabdeh olmağı öyrənməlidirlər.

Medvedev “Potsdam konfransı zamanı müharibədən sonrakı Almaniya üçün formalaşdırılan üç “D” (demilitarizasiya, denazifikasiya və demokratikləşmə) meyarlarının indi Ukraynaya tətbiq oluna bilərmi” sualına belə cavab verib:

"Bu üç "D"-yə mən dördüncünü əlavə edərdim: deparazitləşdirmə və ya dezinseksiya. Ukraynaya aid olan indiki ərazilərin sakinləri öz hərəkətlərinə görə məsuliyyət daşıyaraq təkbaşına yaşamağı öyrənməlidirlər. Əks halda, belə parazit Ukraynanın sağ qalmaq şansı yoxdur", - Medvedev hədələyib.

Seçilən
40
publika.az

1Mənbələr