İngiltərə millisinin və "Liverpul"un sabiq futblçusu Stiven Cerrard 45 yaşında baba olub.
QOL.az xəbər verir ki, onun 21 yaşlı qızının övladı dünyaya gəlib.
Lilli-Ella öz instaqram hesabında sevgilisi Li Birnin yeni doğulmuş körpəni beşikdə daşıdığı an çəkdiyi fotosunu yerləşdirib. O, fotoya "Biz iki idik, indi üç olduq" şərhini yazıb.