AZ

“Dəyənəklə, yumruq və təpiklə döyürdülər” – Əsirlikdə olan şəxs


İyulun 17-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Məmmədov 1993-cü ilin fevral ayında döyüşlər zamanı əsir götürüldüyünü söyləyib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, o, Azərbaycanın həmin vaxt Ermənistan slahlı qüvvələrinin işğalı altında olan ərazilərində, o cümlədən evlərdən birinin zirzəmisində, Xankəndidə, Şuşa həbsxanasında saxlanıldığını deyib.
Əlavə edib ki, əsirlikdə saxlanılan zaman işgəncələrə məruz qalıb, dəyənəklə, yumruq və təpiklə döyülüb. Əsirlikdə olduğu üç ay müddətində az miqdarda çörək və su verilib.
Zərərçəkmiş Maarif Rüstəmov ifadəsində 2020-ci ildə baş vermiş 44 günlük müharibədə iştirakı zamanı ağır yaralandığını söyləyib. O, hadisənin sentyabrın 27-də Kəlbəcər rayonu istiqamətində, Murovdoğda baş verdiyini bildirib. Deyib ki, həmin vaxt özündən başqa daha 2 nəfər yaralanıb, 4 nəfər şəhid olub.
Seçilən
223
40
yeniavaz.com

10Mənbələr