AZ

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini işdən çıxartdı

Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə Romanos Petrosyan Dövlət Nəzarət Xidmətinin rəhbəri vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, hazırda onun vəzifə və səlahiyyətləri müvəqqəti olaraq xidmətin müavini Robert Bazikyana tapşırılıb.

Qeyd edək ki, Romanos Petrosyan bu vəzifəyə 2021-ci ilin dekabr ayının 9-da təyin olunmuşdu.

Seçilən
14
teleqraf.com

1Mənbələr