AZ

“Neftçi” üçün yeni mövsümün alternativ forması - Foto

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” 2025/2026-cı illər mövsümü üçün üçüncü – alternativ formasını təqdim edib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, komandanın 2025/26 mövsümündə istifadə edəcəyi üçüncü – alternativ forması həm klubun ənənələrinə olan dərin bağlılığını, həm də yeniliklərə açıq olduğunu nümayiş etdirir. Ənənəvi qara və ağ rənglərin sintezi ilə “Kappa” tərəfindən eksklüziv olaraq “ağ-qaralar” üçün tikilən bu dəst zamansız klassikanı müasir dizayn elementləri ilə birləşdirərək zolaqlı formaya yeni baxış gətirir.

“Neftçi”nin əfsanəvi oyunçularının geyindiyi klassik üslub bu dəfə yenilənmiş formada təqdim olunur. Arxa boyun hissəsindəki stilizə edilmiş “1937” nişanı tarixi kökləri, ön tərəfdəki diaqonal zolaq isə ötən il yenilənən loqonun parçalarını xatırladır.

Seçilən
38
5
arena.az

6Mənbələr