Kiyev ABŞ-dakı səfir postuna əvvəllər baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini - ədliyyə naziri vəzifəsini tutmuş Olqa Stefanişinanın namizədliyini irəli sürüb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.
" Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizədliyinin Vaşinqtonla əlaqələndirilməsi üçün bütün müvafiq prosedurlar davam edərkən, Olqa Amerika ilə münasibətlərdə sürəti saxlamaq üçün açlışacaq”, - Zelenski Telegram kanalında yazıb. O əlavə edib ki, koordinasiya davam etdiyi müddətdə Stefanişina ABŞ-la əməkdaşlığın inkişafı üzrə xüsusi komissar kimi fəaliyyət göstərəcək.
Bundan əvvəl istefa verən hökumətin müdafiə naziri Rüstəm Umerovun ABŞ-a səfir təyin ediləcəyi gözlənilirdi. Ukrayna mətbuatının yazdığına görə, onun ailəsi ABŞ-da yaşayır. Lakin səhər saatlarında Ali Radanın deputatı Yaroslav Jeleznyak Vaşinqtonun Umerovun namizədliyini təsdiq etmədiyini bildirib. Jeleznyakın sözlərinə görə, Umerov indi böyük ehtimalla Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi və ya müavini vəzifəsinə keçəcək.