Ukraynanın keçmiş müdafiə naziri Rustem Umerov yeni vəzifəyə təyin olunub.
Doğru.az xəbər verir ki, Prezident Vladimir Zelenskinin imzaladığı sərəncama əsasən, Umerov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib.
Rəsmi sənəddə qeyd olunur: “Rüstəm Enveroviç Umerov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilsin”.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın “Spectator” nəşri yazmışdı: ABŞ-ın Kiyevdəki səfirliyinin təzyiqlərinə baxmayaraq, Zelenski Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu vəzifədən azad etməyib.
DOĞRU.AZ