AZ

Dünən əri tərəfindən güllənənən qadının son durumu AÇIQLANDI

16.06.2025-ci il tarixində saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub. 

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 1987-ci il təvəllüdlü şəxsə (qadın cinsli) ilkin tibbi xidmət göstərilib və qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Pasiyent əməliyyat edilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Aqil Qarayev

Seçilən
57
20
news24.az

10Mənbələr