AZ

İranlı nazir Bakıda restorandan niyə çıxarıldı? – Bir səfərin gizlinləri

 

Bu ilin aprelində Bakıda Türkiyə və İsrailin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri görüşərkən gözlənilməz hadisə baş verib. 

Yenisabah.az middle east eye-a istinadla xıbır verir ki, gizli danışıqlar zamanı atmosfer yetərincə səmimi olub. Sezar pizza

İlk görüşdə hər iki ölkənin Suriyada hərbçiləri, təyyarələri və pilotsuz təyyarələri olduğu üçün toqqşumaların qarşısını almaqdan ötrü qaynar xəttin yaradılması barədə razılıq əldə olunub.

“Həmin axşam nümayəndə heyətinin başçıları və üzvləri – Türkiyə kəşfiyyatının yüksək rütbəli məmuru və kömıkçiləri, habelə İsrailin yüksək rütbəli milli təhlükəsizlik məmurunun rəhbərlik etdiyi qrup yerli restoranda birlikdə nahar ediblər.

Qrup yemək yeyərkən gözlənilməz hadisə baş verib: Bakıda rəsmi səfərdə olan İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi restorana daxil olub.

O, çayını qurtumlayan zaman azərbaycanlı mühafizəçilər ehtiyatla İran rəsmisinin bələdçisinə nızakətlə səhv ünvana gəldiyini bildiriblər.

Sadeqi, görünür, Türkiyə-İsrail nümayəndə heyətinin heç bir üzvünü tanımadan qısa zamanda restorandan çıxarılıb”, - deyə yazı müəllifi qeyd edib.

Əziz Rzazadə


Telegram kanalımız
Seçilən
18
50
yenisabah.az

10Mənbələr