AZ

Dənizdə batma təhlükəsi ilə üzləşdilər: Belə xilas edildilər - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.


Manset.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında bildirilir.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dənizdə batma təhlükəsi ilə üzləşən 2008-ci il təvəllüdlü Firudin Alxas oğlu Qurbanov və 2009-cu il təvəllüdlü İzzət Eldəniz oğlu Cəfərov dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.


Seçilən
29
23
manset.az

10Mənbələr