AZ

Koel Palmerdən Karib adalarında basketbol şousu - VİDEO

"Çelsi" və İngiltərə millisinin yarımmüdafiəçisi Koel Palmer yay istirahəti zamanı qeyri-adi görüntülərlə gündəmə gəlib.

90deqiqe.Az xəbər verir ki, 23 yaşlı futbolçu Karib dənizində yerləşən Sent-Kits və Nevis adalarında küçə meydançalarından birində üçxallıq basketbol atışı reallaşdırıb. Görüntülər sosial mediada maraqla qarşılanıb.

Xatırladaq ki, Palmer ötən klublararası dünya çempionatında "Çelsi"nin heyətində parlaq çıxış etmiş və finalda PSJ-yə qarşı 3:0 hesabı ilə qalib gəlinən görüşdə iki qol və bir assistlə komandasının əsas qəhrəmanlarından biri olmuşdu.

İngiltərəli futbolçu 2023-cü ilin payızında "Mançester Siti"dən "Çelsi"yə transfer olunub. O, 2024/25 mövsümündə bütün turnirlər daxil olmaqla 51 oyunda 16 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Palmerin London klubu ilə müqaviləsi 2033-cü ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun bazar dəyərini 120 milyon avro olaraq qiymətləndirir.

phrase_var_article.chosen
55
90deqiqe.az

1phrase_var_article.sources