AZ

“Neftçi” İsrail klubu ilə heç-heçə OYNADI

Polşada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Bakı təmsilçisi Təl-Əviv “Hapoel”i ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hər iki görüşün ilk hissəsində vurulub. "Ağ-qaralar"ın heyətində Emin Mahmudov fərqlənib.

Yoxlama oyunu

17 iyul


19:00. “Neftçi” - “Hapoel” (Tel-Əviv, İsrail) - 1:1

Qol: Emin Mahmudov

Mieyski stadionu

Qeyd edək ki, “Neftçi” iyulun 22-də yerli “Termalika”, 5 gün sonra Yunanıstanın “Asteras” və avqustun 1-də Kiprin AEL komandaları ilə üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
150
50
bizim.media

7Mənbələr