Vaşinqton, 18 iyun, AZƏRTAC
Bildiyiniz kimi biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus keçirdiyi brifinqdə deyib. O, regionda baş verənləri izlədiklərini bildirib. “Biz müşahidə edirik. Bu, məşğul olduğumuz məsələdir”,- deyə o, əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton