"Sumqayıt" növbəti transferini rəsmiləşdirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kimyaçılar" son olaraq İsrailin "Bney Saxnin" klubunda çıxış etmiş Aleksandr Ramalinqom ilə "1+1" illik müqavilə imzalayıb. 32 yaşlı madaqaskarlı hücumçu "Sumqayıt" FK-nın heyətində "9" nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, Aleksandr Ramalinqom ölkəmizdə 2023/24 mövsümündə "Səbail"in də formasını geyib. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta