AZ

BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyəti müzakirə etdi

BAKI, 18 iyul. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Suriyanın cənubundakı Suveyda əyalətində bədəvi ərəb qəbilələri ilə druz silahlı qrupları arasındakı gərginliyi, həmçinin İsrailin Suriyaya hücumlarını müzakirə edib.

Teleqraf xəbər verir ki, "Yaxın Şərqdəki vəziyyət" adlı iclasda çıxış edən Rusiyanın BMT-dəki daimi nümayəndəsiVasili Nebenzia İsrailin Suriyaya hücumlarını pisləyib: "Bu hücumlar beynəlxalq hüquq, BMT Nizamnaməsi və 1974-cü il Qüvvələr Müqaviləsinin açıq şəkildə pozulmasıdır. Rusiya Suriyanın suverenliyini, müstəqilliyini, birliyini və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyir. Xarici və daxili aktorların Suriyadakı kövrək vəziyyətdən öz geosiyasi məqsədləri üçün, xüsusilə də təxribatçı etnik və dini gərginliklər üçün istifadə etmələrinə icazə verə bilmərik".

ÇininBirləşmiş Millətlər Təşkilatı(BMT) Daimi Nümayəndəsinin müavini Qenq Şuanq da İsrailin Suriyaya hücumlarını tənqid edərək, "İsrailin hərəkətləri beynəlxalq hüququ kobud şəkildə pozur və Suriyanın sülh, sabitlik və siyasi keçid prosesinə yeni problemlər yaradır"- deyə, bildirib.

ABŞ-ın BMT-dəki (BMT) Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Doroti Şi Suveydadakı zorakılığı birmənalı şəkildə pislədiklərini və Suriyada firavan gələcək əldə etmək üçün ABŞ-nin ölkə ictimaiyyətinin bütün təbəqələri ilə fəal şəkildə əlaqə saxladığını bildirib.

Şi ABŞ-nin Suriyanın milli birliyini dəstəklədiyini və azlıqların problemlərinin həlli üçün Türkiyə də daxil olmaqla müttəfiq ölkələrlə çalışdığını qeyd edib.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Koussay Aldahhak İsrailin işğalı və hücumlarının Suriyanın sabitliyini pozmağa və ölkəni münaqişəyə sürükləməyə yönəlmiş sistematik siyasətlərinin davamı olduğunu bildirib: "İsrailin bu hücumları birbaşa olaraq Suriya dövlətinin milli təhlükəsizlik və sabitliyi təmin etmək və daxili gərginliyi nəzarətdə saxlamaq səylərini əngəlləmək məqsədi daşıyır".

Seçilən
25
teleqraf.com

1Mənbələr