AZ

Tramp Epstein dəlillərinin açıqlanmasını tələb etdi

ABŞ Prezidenti Donald Tramp deyib ki, o, baş prokuror Pam Bondidən maliyyəçi Ceffri Epşteynin işi üzrə böyük hakimlər heyətinə verdiyi ifadələrin stenoqramlarını açıqlamasını istəyib. Onun sözlərinə görə, sənədlər məhkəmənin icazəsi ilə buraxılmalıdır.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin "Truth Social" paylaşımında məlumat verilib.

Tramp tələbini uşaq təcavüzü iddiaları ilə bağlı iş ətrafında “gülünc ajiotajın” olması ilə izah edib. O, buna görə Demokrat Partiyasını günahlandırıb və “siyasi təqiblərə” dərhal son qoymağa çağırıb. Pam Bondi də öz növbəsində materialların yayımı ilə bağlı icazə almaq üçün məhkəməyə müraciət etməyə hazır olduğunu bildirib.

Epstein 2002-2005-ci illər arasında Manhettendəki evinə onlarla azyaşlı qızın ziyarətini təşkil etməkdə ittiham olunurdu - ən kiçiyi 14 yaşında idi. Mediada Epstein azyaşlı qızları şəxsi adasına apardığı da iddia edilib.

Daha sonra ABŞ maliyyəçinin işində iştirak edən şəxslərin siyahılarını dərc etməyə başladı. Eyni zamanda Tramp maliyyəçi Cefri Epşteynin işi ilə bağlı sənədlərin demokratlar tərəfindən uydurma olduğunu bəyan edib.

Seçilən
19
3
publika.az

4Mənbələr