"İnter" klubu "Atalanta"nın futbolçusu Ademola Lukmanı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "neradzuri" nigeriyalı hücumçu üçün 40 milyon avro təklif edib. Lakin Berqamo klubu 50 milyon tələb edir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klublar arasında danışıqlar davam edəcək.