AZ

Tyaqo Almada Madrid “Atletiko”sunda!

“Botafoqo”nun argentinalı hücumameyilli yarımmüdafiəçisi Tyaqo Almada bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “döşəkçilər”ə 21 milyon avro məbləğ müqabilində başa gəlib.

Tyaqo Almada “Veles Sarsfild”in məzunudur. Futbolçu, karyerası ərzində “Atlanta Yunayted”, “Botafoqo” və icarə əsasında Lion “Olimpik”ində çıxış edib.

Geridə qalmış mövsümdə Almada “Botafoqo” üçün məhsudlar fəaliyyəti ilə diqqət çəkmədiyi 1 oyun, həmçinin Lion “Olimpik”i üçün 2 qol və 5 məhsuldar ötürmə ilə fərqləndiyi 20 oyun keçirib.

Almada 2022-ci ilin sentyabr ayında debüt etdiyi Argentina yığmasının heyətində 10 oyuna 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Almadanın qənimətlər muzeyində “Botafoqo” ilə Braziliya çempionluğu (2024) və Lobertadores Kuboku (2023/2024), həmçinin Argentina yığması ilə dünya çempionluğu (2022) var.

“Transfermarkt” internet-portalı 24 yaşlı argentinalı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
141
1
arena.az

10Mənbələr