AZ

Murad Arif səssiz qalmadı — Həbs olunan reper haqqında paylaşım (VİDEO)

Müğənni, bəstəkar Murad Arif reper Epi ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Demokrat.az Yenisabah.az-a istinadən xəbər verir ki, sosial media hesabında “Popumuz var” verilişindən görüntülər yayımlayan sənətçi reperə dəstəyini bu sözlərlə ifadə edib:

“İstedadı ilə seçilən, özü də müharibə veteranı olan EPİ bu ölkənin ən parlaq rep simalarındandır. Təəssüf ki, bəzən istedad insanı tikanlı yollara çəkir. Ümid edirəm ki, bu vətənpərvər və yaradıcı gənc yaşadığı hər şeyi bir dərs kimi qəbul edib, yenidən cəmiyyətə və sənətə qayıda biləcək”.

 
Seçilən
18
1
demokrat.az

2Mənbələr