AZ

Rusiyalıların yarısı Trampın sanksiya təhdidlərinə inanmır

Rəyi soruşulanların 46%-i ABŞ prezidentinin Rusiyaya qarşı rüsum tətbiq etməyəcəyini düşünür…

Poliqon xəbər verir ki, “Новости Mail” layihəsi tərəfindən keçirilmiş sorğuya əsasən, rusiyalıların təxminən yarısı, 46%-i ABŞ prezidenti Donald Trampın Rusiya ilə ticarətə qarşı gömrük rüsumları tətbiq etməyəcəyinə inanır. Respondentlərin 20%-i bu qərarın “qətiyyən verilməyəcəyini”, 26%-i isə “çox güman ki, olmayacağını” bildirib.

Eyni zamanda, sorğuda iştirak edənlərin 50%-i Trampın rüsum qərarını həyata keçirəcəyini düşünür. Respondentlərin 4%-i isə bu mövzu ilə bağlı fikrini bildirməkdə çətinlik çəkib.

Bundan əlavə, Trampın Rusiya ilə bağlı ritorikasının sərtləşməsi fonunda respondentlərin 36%-i ABŞ-ın Ukraynaya hərbi yardımı tam şəkildə təmin edəcəyini düşünür. 31%-i Vaşinqtonun yalnız qismən dəstək verəcəyini, 28%-i isə silah tədarükünün ləngiyəcəyini qeyd edib.

Sorğu 15–16 iyul tarixlərində “Новости Mail” platformasında aparılıb. Araşdırmada Rusiya üzrə 50-dən çox regiondan 22 minə yaxın istifadəçi iştirak edib.

Qeyd edək ki, daha əvvəl Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı çıxışında Moskvanın davranışından “çox narazı” olduğunu bildirmiş və 50 gün ərzində döyüşlər dayandırılmazsa, ABŞ-ın Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik ikinci dərəcəli gömrük rüsumları tətbiq edəcəyini bəyan etmişdi.

Poliqon.info

Seçilən
62
38
poliqon.info

10Mənbələr