AZ

İyulun 17-də 39 cinayət açıldı, 77 nəfər saxlanıldı

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 17-də ölkə ərazisində qeydə alınan 39 cinayət hadisəsi və əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Axtarışda olduğuna görə ümumilikdə 77 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotik vasitələrlə əlaqəli 17 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 8 fakt müəyyən olunub.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Seçilən
144
49
news365.az

10Mənbələr