AZ

Telegram Rusiyada nümayəndəlik AÇIR

Telegram mesenceri Rusiyada nümayəndəlik açmaq prosesindədir. Bu addım, ölkənin "landinq qanunu" adlanan qanunvericilik tələblərinə uyğun olaraq atılır. Məlumat Rusiya Rəqəmsal Nəzarət Xidməti Roskomnadzor-un rəsmi saytında yer alıb.

Bu barədə News24.az TASS-a istinadən xəbər verir. 

Telegram-ın nümayəndəlik və ya hüquqi şəxs yaratmaqla bağlı öhdəliyinin statusu artıq “təsdiqləmə mərhələsində” olaraq dəyişdirilib.

Xatırladaq ki, “landinq qanunu” 1 iyul 2021-ci ildə qəbul olunub. Qanuna əsasən, xarici internet platformaları Rusiyada nümayəndəlik açmalı, istifadəçilər üçün əlaqə forması yerləşdirməli, Roskomnadzor-un portalında qeydiyyatdan keçməli və statistik sayğac quraşdırmalıdır.

Xeyrənsə Piriyeva

Seçilən
133
13
news24.az

10Mənbələr