“Telegram” messencerində iyulun 31-i axşam saatlarında nasazlıq yaranıb.
Bakues.az xəbər verir ki, bu barədə Downdetector xidməti məlumat yayıb.
İstifadəçilər ən çox bildirişlərin qəbulu ilə bağlı problemlər (37%), mobil proqramların nasazlığı (29%) və vebsaytların nasazlığı (20%) barədə məlumat veriblər.
Nasazlıq iyulun 31-də təqdim edilən “Telegram” yeniləməsi fonunda qeydə alınıb. Xüsusilə, messencer indi təkcə istifadəçinin abunə olduğu deyil, ictimai kanallarda nəşrlər üçün qlobal axtarışa malik olacaq. Funksiya yalnız Premium abunə sahibləri üçün əlçatandır.