AZ

İsrail Sveyda ətrafına hava zərbələri endirib

Suriya mediası İsrailin Sveyda şəhəri ətrafına hava zərbələri endirdiyini yazıb.

İsrailin Suriyaya hücumları davam edir. Suriya mediası İsrailin Sveyda şəhəri ətrafına hava hücumu təşkil etdiyini yazıb. Hücum nəticəsində dəyən ziyanla bağlı hələlik açıqlama verilməyib.

Dünən hökumətlə druz qrupları arasında əldə olunan atəşkəsdən sonra Suriya ordusu birlikləri Sveydadan geri çəkilməyə başlayıb. Bu gün druz və bədəvi silahlı qruplar arasında yenidən toqquşmalar başlayıb və bədəvilər bəzi bölgələrdən qaçmağa başlayıb.

Sveydada 342 nəfər həlak olub

Sueydada druz və bədəvi silahlı qruplar arasında ötən bazar günü başlayan qarşıdurmalarda indiyədək 342 nəfər həlak olub. 107 nəfərin druzlar, 18 nəfərin bədəvilər, 189 nəfərin Suriya təhlükəsizlik qüvvələri, 27 nəfərin isə mülki şəxslər tərəfindən öldürüldüyü bildirilir.

Seçilən
40
kommersant.az

1Mənbələr