Astanada Alaş şossesinin Baykonur rayonunda "Şanxay" bazarı yanıb.
Publika.az xəbər verir ki, bu barədə "Tengrinews.kz" nəçri məlumat yayıb.
Yanğın yerində yanğınsöndürmə qərargahı yaradılıb. Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində də fəaliyyətin əlaqələndirilməsi üzrə qərargah yaradılıb. Yanğınsöndürənlər yüksək səviyyəli yanğın üzərində işləyirlər.
Bildirilir ki, ilk bölmələr gələnə qədər yanğın böyüyüb və döşəmə, tavan qismən çöküb. Güclü tüstü yanğınla mübarizəni çətinləşdirib.
Görülən tədbirlərlə yanğın lokallaşdırılıb. Ölən və xəsarət alan olmayıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar.