AZ

Vüqar Gülməmmədov: "Dövlət maliyyə intizamının gücləndirilməsi vacibdir"

Regional hesablama orqanlarının gündəliyi və əlavə proqramlar çərçivəsində süni intellekt texnologiyalarının tətbiqi və iqlim dəyişikliklərinə qarşı mübarizə olduqca vacibdir.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə görüşündə bildirib.

Onun sözlərinə görə, bu sahələrdə effektiv nəticələr əldə etmək üçün dövlət maliyyə intizamının gücləndirilməsi və rəqəmsal texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi əhəmiyyətlidir.

Palata sədri vurğulayıb ki, bu cür beynəlxalq toplantılar iştirakçı ölkələrin ortaq mövqe formalaşdırması, qabaqcıl yanaşmaları paylaşması üçün şərait yaradır: “Rəqəmsal transformasiya və süni intellektin inkişafı təkcə özəl sektor üçün deyil, dövlət idarəçiliyi və ictimai xidmətlərdə də ciddi dəyişikliklərə səbəb olur. Süni intellektin audit proseslərinə inteqrasiyası o cümlədən böyük verilənlərin təhlili və qabaqlayıcı nəzarət mexanizmlərinin qurulması auditin effektivliyini artıracaq”.

V.Gülməmmədov əlavə edib ki, iqlim dəyişikliyi artıq yalnız təbii və ekoloji deyil, eyni zamanda sosial və iqtisadi sabitliyə təsir göstərən qlobal bir çağırışa çevrilib: “Bu risklərə qarşı tədbirlərin maliyyələşdirilməsi ciddi resurs tələb edir. Həmin vəsaitlərin məqsədyönlü, şəffaf və nəticəyönlü istifadəsi üçün ali audit orqanlarının nəzarət funksiyaları həlledici əhəmiyyət daşıyır”.

Seçilən
24
50
report.az

10Mənbələr