AZ

Polşa XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə etdi - ÖZƏL

Polşa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib. Nazirlik bu qərarın səbəbi kimi Polşanın Rusiya tərəfindən "qeyri-dost ölkələr" siyahısına daxil edilməsini və konsulluq əməkdaşlarının sayının azaldılmasını göstərib.
"Ukraynada davam edən müharibə və Rusiya hakimiyyətinin Polşanı qeyri-dost dövlət kimi tanıması səbəbindən Xarici İşlər Nazirliyi vətəndaşlarımıza Rusiyaya səfər etməməyi tövsiyə edir", - deyə qurumun "X" platformasında yayımladığı məlumatda bildirilir. Olaylar.az xəbər verir ki, nazirlik əlavə edib ki, Rusiyada polşalı konsulluq əməkdaşlarının sayının azaldılması fonunda vətəndaşlara yardım imkanları da məhdudlaşıb.
Xatırladaq ki, bu ilin iyulunda Rusiya Xarici İşlər Nazirliyi Polşa tərəfinin Krakovdakı Rusiya Baş Konsulluğunun fəaliyyət icazəsini ləğv etməsinə cavab olaraq Kalininqraddakı Polşa konsulluğunun bağlandığını açıqlamışdı. 2024-cü ilin sonunda isə Polşanın xarici işlər naziri Radoslav Sıkorski Rusiya Federasiyasının Poznandakı baş konsulluğunu bağlamaq qərarı verib. Bundan sonra Moskva da eyni addımı ataraq Sankt-Peterburqdakı Polşa konsulluğunu bağlayıb.
Hazırda Polşada Rusiya səfirliyi və Gdansk şəhərində baş konsulluq fəaliyyət göstərir. Rusiya ərazisində isə Polşa Moskvadakı səfirlik və İrkutskdakı baş konsulluq vasitəsilə təmsil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
277
50
olaylar.az

10Mənbələr