AZ

Milli Paralimpiya Komitəsi Avropa Oyunlarına yollanan idmançılarla görüş keçirdi

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) rəhbərliyi Avropa Gənclər Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək paralimpiyaçılarla görüş keçirib.

Operativ Media xəbər verir ki, tədbirdə ARMPK-nın prezidenti Hidayət Abdullayev, vitse-prezident İlham Zəkiyev, baş katib Toğrul Rəhimov, idmançılar, məşqçilər və komitə nümayəndələri iştirak ediblər.

Görüşdə idmançılara olan inam ifadə edilib, qarşıdan gələn mötəbər turnirdə uğurlar arzulanıb.

Paralimpiyaçılarımız 7 idman növü üzrə – parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük, parakamandan oxatma, parastolüstü tennis və boccia – 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaq. 

Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya komandasının debüt edəcəyi 7-ci Avropa Gənclər Paralimpiya Oyunları 21-28 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində təşkil ediləcək. 13-23 yaş qrupu üzrə keçiriləcək oyunlarda 33 ölkədən 700-ə yaxın idmançı 9 idman növündə medallar uğrunda mübarizə aparacaq.

Avropa Gənclər Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə iyulun 27-də keçiriləcək.

Seçilən
49
50
operativmedia.az

10Mənbələr