AZ

"İnter" "Atalanta" ilə razılığa gələ bilmədi

style='margin-bottom:10px;'>

"İnter" "Atalanta"nın hücumçusu Ademola Lukman üçün ilk rəsmi transfer təklifini göndərib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Milan təmsilçisi nigeriyalı futbolçu üçün 40 milyon avro təklif etsə də, "Atalanta" bu təklifi qəbul etməyib. 

Bildirilir ki, oyunçunun özü də klubdan ayrılmaq istəyindədir. Lakin "Atalanta" rəhbərliyi İtaliya klublarına qarşı daha sərt mövqe nümayiş etdirir və Lukmanı minimum 50 milyon avroya satmağa razıdır.

Qeyd edək ki, Ademola Lukman ötən mövsüm "Atalanta"nın heyətində bütün turnirlər üzrə 40 oyuna çıxaraq 20 qol vurub və 7 qolun ötürməsini edib.

Seçilən
62
27
teleqraf.com

10Mənbələr