AZ

Roma onun üçün 30 milyon ödəməyə hazırdır

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Roma" "Flamenqo"nun müdafiəçisi Uesli Frankanı transfer etməyə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

İtaliya klubu 21 yaşlı braziliyalı oyunçunun transferi üçün "Flamenqo"ya 25 milyon avro ödəyəcək. Müqavilədə əlavə 5 milyon avro bonus da nəzərdə tutulub. Transferin rəsmiləşməsi üçün Braziliya təmsilçisi əvvəlcə futbolçuya əvəzləyici tapmalıdır.

Qeyd olunur ki, Uesli artıq ölkə çempionatının 15-ci turunda "Fluminense" ilə oyunun iştirak ərizəsinə salınmayıb. Bu da onun İtaliya klubuna keçidinin yaxın olduğunu göstərir. Futbolçunun özü də "Roma"ya keçməyə razılıq verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
5
qol.az

10Mənbələr