AZ

Hərbi xidmət əleyhinə olan cinayətlər azalıb - Hərbi prokuror

"2025-ci ilin birinci yarımilində hərbi qulluqçular tərəfindən qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri qeydə alınmayıb".

XəzərNews.az xəbər verir ki, bu sözləri Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclası zamanı bildirib.

"2025-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 10.9%, qeyri-hərbi cinayətlər 2.5%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 18.6% azalıb", - deyə Bəhruz Əhmədov qeyd edib.

Xəbər 18 dəfə oxunub.
Seçilən
208
1
xezernews.az

3Mənbələr