AZ

SURİYA QAN GÖLÜNƏ ÇEVRİLİR: əşirətlər and içdi, dörd bir yandakı 50 min silahlı 150 minlik bölgəyə yol aldı - Hökumət qüvvələri isə... (FOTOLAR)

Suriyanın İsrailin hərbi dəstək verdiyi 150 min druzlu əsilli insanların yaşadığı Sveyda bölgəsindəki savaş dünyanın diqqət mərkəzindədir. İyulun 13-də burada druzilərlə ərəblər arasında başlayan daxili toqquşmaya İsrailin də daxil olması və bundan sonra Suriya prezidentinin oturduğu Prezident sarayının bombalanması Yaxın Şərqdə növbəti münaqişə ocağını alovlandırıb.  

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə druzilərin bədəvi ərəblərin yaşadğı kəndlərə hücum edəərk, onları öldürməsi, bir çoxunun isə qorxularından evlərini ataraq qaçmasından sonra bölgədəki ərəb əşirətləri toplanaraq səhərə yaxın əks hücuma keçiblər.

İlkin məlumata görə, ərəblər druzilərin ələ keçirdiyi 8 kəndi geri qaytarsa da, İsrailin hava hücumundan sonra irəliləyə bilməyiblər.

Bu arada isə ölkə başçısı Ahmet Şaraanın paytaxtı tərk edəərk naməlum istiqamətə getməsi haqqında yayılan xəbərdən sonra durum daha da kritikləşib.

Məlumata görə, təxminən 50.000-dən çox ərəb silahlanaraq 150 min əhalisi olan druzilərin kompakt yaşadığı Sveydaya doğru yol alıblar.

Səudiyyə Ərəbistanında yerləşən ərəbdilli “Al Hadath” nəşr yazıb ki, bütün ərəb əşirətləri əlaqəyə keçərək ölkəboyu səfərbərlik ediblər: "Suriyalı ərəb əşirətləri bədəvilərə hücumlardan sonra ümumi səfərbərlik elan ediblər. Çox qısa zamanda druzilərin olduğu Sveydaya Suriyanın şərqi, Hələb və onun ətraf kəndlərindən 50 mindən çox döyüşçünün yetişəcəyi gözlənilir".

"Onlar and içiblər ki, bütün Sveyda azad olunana qədər bir fincan ərəb qəhvəsi içməyəcəklər. Bu anddan bir neçə saat sonra əşirət döyüşçüləri Süveydanın qərb çölünü ələ keçirərək şəhərin girişində mövqe tutublar".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
32
2
mia.az

3Mənbələr