AZ

"Liverpul" Uqo Ekitike üçün 100 milyon avro ödəməyə hazırdır

İngiltərənin "Liverpul" klubu transfer çalışmalarını davam etdirir.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən yaydığı xəbərə görə, Mersisayd təmsilçisi "Ayntraxt"ın fransalı hücumçusu Uqo Ekitikenin xidmətində israrlıdır. 

"Liverpul" Frankfurt təmsilçisi ilə danışıqları davam etdirir və 22 yaşlı futbolçu 100 milyon avro təklif etməyə hazırlaşır.

Daha əvvəl "Ayntraxt" futbolçusunu 81 milyon avro dəyərində qiymətləndirib və təklifin bu məbləğdən yüksək olmalı olduğunu qarşı tərəfə çatdırıb.

"Liverpul" rəhbərliyi bu tələbi qəbul edib və yaxın günlərdə rəsmi təklifini təqdim etməyi planlaşdırır. Klubun futbolçu ilə altı illik müqavilə imzalamağa hazır olduğu bildirilir.

Məlumat üçün qeyd edək ki, 22 yaşlı hücumçu daha əvvəl "Mançester Yunayted" və "Nyukasl"ın təkliflərini geri çevirib. Ekitikenin əsas istəyinin "Liverpul"da çıxış etmək olduğu vurğulanır.

Seçilən
120
32
90deqiqe.az

10Mənbələr