AZ

Bu ərazilərdə leysan olub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-si axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 6, Göygöl, Qusar, Daşkəsən, Ağstafa, Naftalan və Goranboyda 2 mm-dək qeydə alınıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 28, Naxçıvan MR-də isə 41° dərəcəyədək isti qeydə alınıb.

Seçilən
36
49
qafqazinfo.az

6Mənbələr