AZ

Mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Qəbələ rayonunda yerləşən “The Snack Company” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.


Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, məşqin keçirilməsində əsas məqsəd MMC-nin mülki müdafiə planının reallığının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması, müəssisə personalının fövqəladə hallarla mübarizə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.


Məşq zamanı rəhbər heyət tərəfindən yaranmış şərti ekstremal vəziyyətlə əlaqədar idarəetmənin təşkili üzrə fəaliyyəti qiymətləndirilib, funksional vəzifələrlə bağlı məruzələr dinlənilib, “fövqəladə hadisə” ilə mübarizə tədbirləri reallaşdırılıb.

Məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Seçilən
172
6
ekologiya.az

5Mənbələr