AZ

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

Türkiyənin Bodrum şəhərində istirahətdə olan yəhudi əsilli azərbaycanlı biznesmen Qod Nisanov təcili Moskvaya çağırılıb.

Hurriyyet.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, Moskvanın məşhur “Food City” ticarət mərkəzinin sahibi olan Qod Nisanovun çağırılmasına səbəb Azərbaycanla Rusiya arasındakı gərkinlikdən sonra yaranmış vəziyyət olub.

Qeyd edək ki, bu hadisədən sonra Rusiya hüquq-mühafizə orqanları azərbaycanlıların kompakt çalışdığı ayrı-ayrı bazarlara reydlər keçirir. Bu reydlər zamanı yüzlərlə azərbaycanlı polis bölmələrinə aparılır. Məlumata görə, Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Food City”yə belə basqın gözlənilir.

Adıçəkilən bazarda çalışan şəxslərin verdiyi məlumata görə, bazar administrasiyası tərəfindən onlara bu barədə xəbərdarlıq edilib. İki gün əvvəl Bodruma istirahətə gələn Qod Nisanovun təcili özəl təyyarəsi ilə Moskvaya qayıtması vəziyyətin ciddiliyindən xəbər verir.

İddialara görə, hazırda Rusiya prezidenti Vladimir Putinlə əlaqələri kəsilən Qod Nisanov Rusiya Liberal-Demokrat Partiyasının Leonid Slutski ilə görüşüb. Qeyd edək ki, yəhudi əsilli olan Leonid Slutski Qod Nisanovun yaxın dostudur.

Seçilən
0
16
hurriyyet.az

10Mənbələr