AZ

“Araz-Naxçıvan” UEFA-ya iştirak ərizəsini göndərdi, “Aris”lə oyuna 21 futbolçu daxil edildi

Bakı, 18 iyul, AZƏRTAC

Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Aris” komandası ilə qarşılaşacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 2-si qapıçı olmaqla, ümumilikdə 21 futbolçunun adı daxil edilib.

Qapıçılar: 12. Kristian Avram, 94. Tərlan Əhmədli,

Müdafiəçilər: 34. Ürfan Abbasov, 77. Bruno Franko, 5. Slavik Alxasov, 26. Ömər Buludov, 3. Bəxtiyar Həsənalızadə, 22. Elçin Mustafayev, 17. İssouf Paro, 4. İqor Ribeiro,

Yarımmüdafiəçilər: 70. Boli Çarles, 29. Vanderson Melo, 19. Bar Kohen, 6. Patrik Andrade, 2. Qara Qarayev, 14. Ülvü İsgəndərov, 7. Keyta Hamidou, 23. Nuno Rodrigues, 10. Felipe Santos,

Hücumçular: 16. Ramon Maçado, 11. Ba-Muaka Simakala.

Qeyd edək ki, iyulun 24-də Dalğa Arenada keçiriləcək “Araz-Naxçıvan” – “Aris” oyunu saat 20:00-da başlayacaq.

Seçilən
394
16
azertag.az

8Mənbələr