AZ

İran və Ermənistan kommunikasiya yollarının açılmasını müzakirə etdi

BAKI, 18 iyul. TELEQRAF

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan İranın İrəvandaki səfiri Mehdi Sobhani ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər regionda baş verən son hadisələri müzakirə ediblər.

"Hər iki tərəf Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin vacibliyini vurğulayıb. Onlar həmçinin regional nəqliyyat və kommunikasiya yollarının açılması perspektivləri barədə fikir mübadiləsi aparıblar", - məlumatda deyilir.

Seçilən
169
17
teleqraf.com

10Mənbələr