BAKI, 18 iyul. TELEQRAF
Suriyanın cənubundakı Suveyda vilayətində druz və bədəvi tayfaları arasında döyüşlər yenidən başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.
"Bu, Suriya ordusunun ərazidən geri çəkilməsindən bir gün sonra baş verib",- məlumatda deyilir.
Suriya Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, hökumət qüvvələrinin bölgəyə yenidən yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar doğru deyil.