Xəzər rayonu ərazisində yerləşən 2 evdən və 1 torpaq sahəsindən 12 min manat dəyərində naqil və inşaat materialları oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ə.Balayev və 27 yaşlı E.Ağayev saxlanılıblar.
Binəqədi rayonunda isə bir nəfərə məxsus “Azsamand” markalı avtomobili qaçırmaqda şübhəli bilinən 27 yaşlı F.Ağayev və 25 yaşlı E.Əhmədov da saxlanılıblar.
Araşdırma aparılır.