Özbəkistanda Ukraynaya qarşı müharibədə "Vaqner"in tərkibində döyüşmüş 59 yaşlı Kaşkadərya vilayəti sakini 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qaziler.az bildirir ki, bu barədə UzNews xəbər verir.
İş materiallarına görə, 2020-ci ilin fevral ayında adı açıqlanmayan şəxs işləmək üçün Moskvaya gedib və orada yataqxana qonşusunu öldürməkdə ittiham olunaraq saxlanılıb. 2021-ci ilin avqustunda Rusiya məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum edib.
2022-ci ilin sentyabrında o, aylıq 100 min rubl maaş, Rusiya vətəndaşlığı və əfv vəd edən "Vaqner" PMC-nin nümayəndələri tərəfindən işə götürülüb. Bu qrupun tərkibində o, Rusiya Federasiyasının tərəfində döyüşlərdə iştirak edib. Altı aylıq xidmətdən sonra o, əfv olunub.
Maraqlıdır ki, o, 2025-ci ilin mart ayına qədər Moskvada işləyib, sonra Özbəkistana qayıdıb və Dövlət Təhlükəsizlik Xidmətinin regional şöbəsinə təslim olub. Ona qarşı muzdluluq maddəsi ilə cinayət işi açılıb.
Məhkəmə onu 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
QAZİLER.AZ