AZ

Dənizkənarı Bulvar İdarəsinin tenderi baş tutmadı

“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin gəmi heyəti üçün təlimlərin keçirilməsi ilə əlaqədar elan etdiyi tender baş tutmayıb.

Pravda.az-ın xəbərinə görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderin dəyəri 24 482 AZN olub.

Seçilən
126
24
tribunainfo.az

10Mənbələr